Modern.az

Putin Paşinyanla danışmaq İSTƏMİR

Putin Paşinyanla danışmaq İSTƏMİR

Aktual

4 Mart 2024, 13:16

Rusiya prezidenti Vladimir Putin hələ də Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlamaq fikrində deyil.


Modern.az xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Xeyr, hazırda prezidentin iş qrafikinə təmas qurmaqla bağlı belə bir məsələ daxil deyil, lakin zərurət yaranarsa, təbii ki, onlar danışa bilər, telefon danışıqları kifayət qədər tez təşkil olunan məsələdir”, – Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini dondurduğunu bildirib. Onun həmin açıqlamasından sonra Putinin erməni baş nazirlər danışacağı gözlənilsə də, Rusiya lideri hələ ki belə bir təşəbbüs göstərməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi