Modern.az

Nazir müavini Qubada vətəndaşlarla görüşəcək

Nazir müavini Qubada vətəndaşlarla görüşəcək

4 Mart 2024, 13:20

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov martın 12-də Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi”nə (1652) və Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-40) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu