Modern.az

Biləsuvar xəstəxanasına yeni baş həkim təyin edildi

Biləsuvar xəstəxanasına yeni baş həkim təyin edildi

Aktual

4 Mart 2024, 17:14

ƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.

 

Modern.az-ın məlumatına görə, xəstəxananın baş həkimi vəzifəsi Asif Əhmədova həvalə olunub.

 

A.Əhmədov 1986-1993-cü illərdə Azərbaycan TİBB Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.

 

1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah-onkoloq, 1998-2017-ci illərdə həkim-cərrah-travmatoloq kimi fəaliyyət göstərib.

 

2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Bundan öncə baş həkim vəzifəsində Zakir Xammədov çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi