Modern.az

Dövlət qurumlarının informasiya təhlükəsizliyində boşluqlar kəskin artıb

Dövlət qurumlarının informasiya təhlükəsizliyində boşluqlar kəskin artıb

Aktual

5 Mart 2024, 11:00

Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 68 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.

 

Modern.az-a XRİTDX-dən bildirilib ki, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 84 % artım deməkdir.

 

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26 % çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi