Modern.az

Gəncə Dövlət Universitetinin tələbələrinin istehsalat təcrübəsi başladı

Gəncə Dövlət Universitetinin tələbələrinin istehsalat təcrübəsi başladı

5 Mart 2024, 16:52

2023/2024-cü tədris ilində Gəncə Dövlət Universitetinin buraxılış kurs tələbələrinin ümumi təhsil müəssisələrində pedaqoji internatura və müəssisələrdə istehsalat təcrübəsinin başlanması ilə əlaqədar iclas keçirilib.

 

Modern.az xəbər verir ki, iclasda universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev pedaqoji internatura və istehsalat təcrübəsinin başlanması münasibətilə tələbələri təbrik edib, onlara məsuliyyətli olmağı tövsiyə edib.

 

İclasda pedaqoji internaturanın mahiyyəti, görüləcək işlər, sınaq dərsləri haqqında məlumat verilib, eləcə də pedaqoji təcrübə rəhbərlərinə metodiki təlimat və tövsiyələrin verilməsi məsələsi müzakirə edilib.

 

Qeyd edək ki, ikitərəfli müqavilələr əsasında fevralın 16-dan etibarən universitetin buraxılış kurs tələbələrinin Gəncənin orta məktəblərində pedaqoji internatura və digər təşkilatlarda istehsalat təcrübəsi təşkil edilib, təcrübəçi tələbələrə öz nəzəri biliklərini yaradıcı şəkildə tətbiq etmək imkanı yaradılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu