Modern.az

Sərhədi qanunsuz keçməyə çalışan 264 nəfər saxlanıldı

Sərhədi qanunsuz keçməyə çalışan 264 nəfər saxlanıldı

Aktual

5 Mart 2024, 17:18

Dövlət sərhədinin pozulması və qaçaqmalçılıq fəaliyyətinin qarşısının alınmasına yönəldilmiş tədbirlər nəticəsində 2023-cü il ərzində 518 nəfər sərhəd pozucusu saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

 

Qeyd edilib ki, sərhədboyu rejim qaydalarını pozduğu üçün 11,2 min nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda olan 9,7 min nəfər tutulub, 264 nəfər saxta, 5 nəfər özgəsinin sənədiylə və 4 nəfər gizli şəkildə dövlət sərhədində buraxılış məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb. 159 şəxsin sənədlərinin dövlət sərhədindən keçmək üçün etibarlı olmaması aşkarlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır