Modern.az

Blinkenin müavini vəzifəsindən gedir

Blinkenin müavini vəzifəsindən gedir

Aktual

5 Mart 2024, 17:54

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsindən gedəcək.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat verib.

 

Blinkenin sözlərinə görə, Nuland ona yaxın həftələrdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsindən istefa etmək niyyətində olduğunu bildirib.

 

ABŞ dövlət katibi bildirib ki, Nuland bu vəzifədə olarkən prezident Co Baydenin xarici siyasətdə diplomatiyanı mərkəzi mövqeyə qaytarmaq və ABŞ-nin qlobal səviyyədə liderliyini dirçəltmək səylərini təcəssüm etdirib.

 

Qeyd olunub ki, Nuland istefaya gedəndən sonra onun öhdəliklərini müvəqqəti olaraq ABŞ dövlət katibinin müavini Con Bass icra edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu