Modern.az

Çay kənarında "Kalaşnikov" tapıldı

Çay kənarında

Aktual

5 Mart 2024, 19:22

Viləş çayının Masallı şəhəri ərazisindən keçən hissəsinin kənarında kisənin içərisindən silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat və 4 ədəd patron aşkarlanaraq götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu