Modern.az

Şəhid ailələrinin özəl məktəblərdə ödənişsiz təhsil alması təklifinə REAKSİYA 

Şəhid ailələrinin özəl məktəblərdə ödənişsiz təhsil alması təklifinə REAKSİYA 

Aktual

6 Mart 2024, 11:30

Ümumtəhsil müəssisələrinin sayı çoxdur, orada təhsil onsuz da ödənişsizdir.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov deyib.

 

O bildirib ki, özəl ümumtəhsil müəssisələri isə sahibkarlıq subyektidir:

 

“Onlar yalnız öz imkanlarını qiymətləndirərək şəhid ailəsi üzvlərinin təhsil haqqından azad edilməsi qərarına gələ bilərlər. Bu, onların daxili qərarıdır. Özəl ümumtəhsil müəssisələrin sayı da ali təhsil müəssisələrinə nisbətdə çoxdur. Bu qanunvericiliklə tənzimlənə bilərsə, buna baxmaq olar”.

 

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Etibar Əliyev özəl orta məktəblərdə şəhid övladları üçün ödənişsiz təhsil verilməsini təklif edib: "Şəhid övladı istənilən məktəbi seçə bilər. Şəhid övladlarının istəyidirsə, özəl orta məktəblər bu uşaqları ödənişsiz oxutmalıdırlar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?