Modern.az

Türkiyəli deputatlar MÜSİAD-ın üzvlərini ziyarət ediblər - FOTO

Türkiyəli deputatlar MÜSİAD-ın üzvlərini ziyarət ediblər - FOTO

6 Mart 2024, 13:20

Milliyətçi Hərəkat Partiyası (MHP) sədr müavini, Nevşehir millət vəkili Prof. Dr. Filiz Kılıç, Ədalət və İnkişaf Partiyası (AK Parti) Bursa millət vəkili Osman Mesten və Müdafiə və Sənaye müşaviri İlker Türköz MÜSİAD Azərbaycan dərnək mərkəzimizdə İdarə Heyəti sədri Rəşad Cabirli və İdarə Heyəti üzvlərimizi ziyarət edib.

 

Modern.az xəbər verir ki, görüşdə tərəflər bir-birlərini tanıtmış və fəaliyyətləri haqqında məlumat veribrlər. 

 

Görüş zamanı Nevşehir iş insanlarının Azərbaycana gəlməsi üçün təşviq planları və birlikdə edilə biləcək işbirlikləri müzakirə olunub.

 

Rəşad Cabirli qeyd edib ki, tək millət olaraq birgə fəaliyyətlərimiz artmalı və qardaşlıq şüuru ilə hərəkət etməliyik. Bundan əlavə, MÜSİAD olaraq Əmir-Məmur-Tacir sinerjisine xüsusi əhəmiyyət veririk.

 

Millət vəkili Filiz Kılıç, Azərbaycan şəhərlərindən biri ilə Nevşehirin "Kardeş şehir" olması üçün çalışmalar edilə biləcəyini vurğulayıb. 

 

Görüşün sonunda Rəşad Cabirli qonaqlara plaket və hədiyyələr təqdim edib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?