Modern.az

İşə düzəltmək adı ilə vətəndaşları aldatdı

İşə düzəltmək adı ilə vətəndaşları aldatdı

Aktual

6 Mart 2024, 17:30

Bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb.

 

Bu barədə Modern.az-a Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib.

 

Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in "102 Xidməti Zəng Mərkəzi"nə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin ( +036 545-08-03, 545-28-96) əlaqə nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

Faktla bağlı araşdırma aparılır. Həmin şəxsin törətmiş olduğu digər əməllərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?