Modern.az

Kanaldan tapılan meyitin kimliyi bilindi 

Kanaldan tapılan meyitin kimliyi bilindi 

6 Mart 2024, 19:21

Abşeronda su kanalında aşkarlanan meyitin kimliyi məlum olub.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

 

Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu