Modern.az

4 komandaya texniki məğlubiyyət verildi

4 komandaya texniki məğlubiyyət verildi

Aktual

7 Mart 2024, 17:04

AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında çıxış edən 4 komandaya texniki məğlubiyyət verib.

 

Modern.az-ın məlumatına görə, bunlardan ikisində komandalardan biri təyin edilən vaxtda meydana çıxmayıb, ikisində isə heyətdə yetərsay olmayıb.

 

U-10 Liqasında “Lokomotiv” (Ucar) – “Kürdəmir” görüşündə birincilər, U-11 Liqasında “Aran” (Şirvan) - “Hacıqabul-Şərq” matçında isə ikincilər təyin olunan vaxtda meydanda olmayıblar.

 

U-10 Liqasında “Metak”la görüşdə “Şahdağ”ın, “Universal” FA ilə qarşılaşmada isə “Modern”in heyətində yetərsay olmayıb.

 

Nəticədə AFFA İntizam Komitəsi “Lokomotiv”, “Hacıqabul-Şərq”, “Şahdağ” və “Modern”ə 0:3 hesablı texniki məğlubiyyət verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?