Modern.az

Muxtar Babayev ərəb nazirlə görüşüb

Muxtar Babayev ərəb nazirlə görüşüb

Aktual

8 Mart 2024, 12:54

Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi COP28-in "Gənc İqlim Çempionu", BƏƏ-nin icma inkişafı naziri xanım Şarma Al Mazrui ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin görüşü olub.

 

Modern.az xəbər verir ki, Azərbaycanda səfərdə olan xanım Şarma Al Mazrui ilə görüşdə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri müzakirə olunub və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova da görüşdə iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?