Modern.az

Yağış intensivləşəcək - XƏBƏRDARLIQ

Yağış intensivləşəcək - XƏBƏRDARLIQ

8 Mart 2024, 15:31

Bakıda və Abşeron yarımadasında martın 9-u gündüzdən 11-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Martın 10-da ayrı-ayrı yerlərdə yağıntının intensivləşəyi ehtimalı var.

 

Bu barədə Modern.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

 

Azərbaycanın rayonlarında da martın 9-u axşamdan 11-i səhərədək bəzi yerlərdə arabir yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Həmçinin martın 10-da ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi aran, Dağlıq Şirvan, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

 

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?