Modern.az

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı

Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı

Aktual

9 Mart 2024, 10:42

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

 

Penitensiar xidmətdən Modern.az-a verilən məlumata görə, məhkum Ülvi Baba oğlu Cəfərova tanışı Hüsaməddin Əbülfəz oğlu Rzayev tərəfindən gətirilmiş sovqatdakı ayaqqabının içində gizlədilmiş bükülüdə 3,670 qram marixuana aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?