Modern.az

Orduda keçirilən ağacəkmə aksiyaları davam edir - FOTO

Orduda keçirilən ağacəkmə aksiyaları davam edir - FOTO

Aktual

9 Mart 2024, 14:56

Respublikamızda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunda keçirilən ağacəkmə aksiyaları davam edir.


Təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə keçirilən aksiyalar çərçivəsində müxtəlif bölgələrdə yerləşən hərbi hissələrin ərazilərində müxtəlif növ ağac və gül kolları əkilir.


Azərbaycan Ordusunda keçirilən tədbirlər planına əsasən genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılması və ağacəkmə aksiyaları davam etdiriləcəkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu