Modern.az

Həftəsonu 43 kiloqramdan çox narkotik aşkarlanıb

Həftəsonu 43 kiloqramdan çox narkotik aşkarlanıb

11 Mart 2024, 10:17

Martın 9-da və 10-da ümumi çəkisi 43,2 kiloqramdan çox narkotik vasitə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 37,2 kiloqramdan çox marixuana, 1,2 kiloqrama yaxın tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 452 ədəd metadon həbi olub.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?