Modern.az

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotiklər məhv edildi

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotiklər məhv edildi

11 Mart 2024, 10:36

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Modern.az-a verilən xəbərə görə, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Yasamal rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 85 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.

 

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?