Modern.az

BMU-nun 6 tələbəsi xaricdə təhsil almaq hüququ qazandı

BMU-nun 6 tələbəsi xaricdə təhsil almaq hüququ qazandı

11 Mart 2024, 11:34

Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinin 6 tələbəsi “ERASMUS+KA1” mübadilə proqramı çərçivəsində müxtəlif xarici universitetlərdə təhsil almaq hüququ qazanıb.

 

Modern.az xəbər verir ki, 2023/2024-cü tədris ilinin yaz semestrində BMU tələbələrinin üçü-İsa Yusifov (kompüter mühəndisliyi ixtisası), Məhəmmədəli Ayralov (kimya mühəndisliyi ixtisası), Hassan Ul Moviz  (memarlıq ixtisası) İtaliyanın Turin Politexnik Universitetində təhsillərini davam etdirəcəklər. Bundan başqa, universitetin iki tələbəsi Gülnar Əkbərli (biologiya müəllimliyi ixtisası), Arzu Nəcəfzadə (kompüter elmləri ixtisası) İspaniyanın Jaen Universitetində, digər tələbə Canel Xəlilov isə (maliyyə ixtisası) Polşanın Vroslav Biznes Tətbiqi Elmlər Universitetində bir semestr təhsil alacaq.

 

Mübadilə proqramları çərçivəsində təhsil alacaq tələbələrə müvafiq qaydalara əsasən, akademik məzuniyyət verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?