Modern.az

"Bayer" "Qarabağ"ın azarkeşlərinə 1800 bilet ayırdı

Aktual

11 Mart 2024, 12:26

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında Almaniyada "Bayer"in qonağı olacaq "Qarabağ"a 1800 bilet ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.

 

Klub rəsmisi qarşılaşmadan iki saat əvvəl səfər tribunası üçün biletlərin satışa çıxarılacağını vurğulayıb.

 

Qeyd edək ki, “Bayer” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu