Modern.az

Goranboyda sakinlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır - FOTO

Goranboyda sakinlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır - FOTO

Aktual

11 Mart 2024, 13:12

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən, Goranboyda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əməli tədbirlər davam etdirilir.

 

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzilli binaların  2023-cü ilin  sentyabr ayında tikinti işlərinə başlanılmış və hazırda işlər sürətlə davam etdirilir.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, Goranboy şəhərinin Cəfər Cabbarlı və Məmməd Məhərrəmov küçələrində 4 mərtəbəli 16 mənzilli yaşayış binalarında aparılan  tikinti işləri ilə bir daha yerində tanış oldu. İcra Başçısı işlərin vaxtında, keyfiyyətlə və müvafiq tikinti normalarına uyğun  yerinə yetirilməsi, binanın gələcəkdə bütün kommunikasiya xətlərinin təhcizatı ilə bağlı, iş icraçıları ilə məsləhətləşmələr apardı, səmimi söhbət etdi, tövsiyyələrini bildirib. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu