Modern.az

Azyaşlının cibində həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı

Azyaşlının cibində həbsxanaya narkotik keçirilməsinin qarşısı alındı

11 Mart 2024, 14:41

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

 

Penitensiar xidmətdən Modern.az-a verilən məlumata görə, məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlı Z.H-nin əşyalarına və üzərilərinə baxış keçirilib. Bu zaman Z.H-nin şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?