Modern.az

Bakının tıxaclı yolları - SİYAHI

Bakının tıxaclı yolları - SİYAHI

Aktual

12 Mart 2024, 08:31

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda tıxac yaranan yolların siyahısını açıqlayıb.

 

Modern az Mərkəzə istinadən xəbər verir ki, hal-hazırda aşağıdakı yollarda tıxac müşahidə olunur:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 

2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 

3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

 

4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

 

5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

 

6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

 

7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

 

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

9. Zərifə Əliyeva küçəsində;

 

10. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?