Modern.az

Gürcü nazir Azərbaycanla sərhəddən danışdı: Açıq olmasını alqışlayardıq...

Gürcü nazir Azərbaycanla sərhəddən danışdı: Açıq olmasını alqışlayardıq...

Aktual

12 Mart 2024, 10:28

Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılması qonşu ölkədən gələnlərin sayının artmasına kömək edərdi.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili "Birinci Kanal"a müsahibəsində deyib.

 

“Biz Azərbaycanın sərhədlərinin turizmin daha da inkişafı üçün tamamilə açıq olmasını alqışlayardıq, qonşu ölkədən və strateji tərəfdaşımızdan çoxlu ziyarətçilərimiz olub və bunun gələcəkdə də davam etməsini istəyirik”, - deyə o qeyd edib.

 

Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri olub.

 

"Bilirik ki, səbəblərdən biri koronavirus idi, sərhədlər təhlükəsizlik məqsədilə bağlandı. Sonra bütövlükdə regionda hadisələr təhlükəsizlik baxımından inkişaf etdi, ona görə də Azərbaycanın mövqeyini deyə bilmərəm ki, niyə belə etdilər. Əgər onlar qərar qəbul edərlərsə, biz alqışlayarıq və onların vətəndaşlarının Gürcüstana gəlişi daha asan olardı”, - Darçiaşvili vurğulayıb.

 

İqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvili bundan əvvəl demişdi ki, Gürcüstan Azərbaycanın quru sərhədini bağlaması səbəbindən 1,5 milyondan çox turist itirib və pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib. Onun sözlərinə görə, bu, təxminən 400 milyon dollara bərabərdir və məhz bu amil Gürcüstanın turist axınını tam bərpa edə bilməməsinə səbəb olub.

 

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ildə əcnəbilər Gürcüstana 7,1 milyon dəfə səfər ediblər ki, bu da 2022-ci illə müqayisədə 30,3% çoxdur.

 

Ən çox ziyarətçi Rusiyadan olub - 1,2 milyon nəfər, bu da ümumi ziyarətçilərin 23,2%-ni təşkil edir. Ondan sonra Türkiyə (21,4%) və Ermənistan (13,5%) gəlir. Ölkə 2023-cü ildə turizmdən 4 milyard dollardan çox gəlir əldə edib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin dünən qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb. Bu müddət 2 aprelə kimi nəzərdə tutulmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?