Modern.az

Salyanda həyətyanı sahə və təsərrüfatlara qrunt suları doldu - VİDEO

Salyanda həyətyanı sahə və təsərrüfatlara qrunt suları doldu - VİDEO

Aktual

12 Mart 2024, 15:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Salyan rayonu, Qarabağlı kəndi ərazisindən keçən şor su kollektorunun daşması nəticəsində həyətyanı sahə və təsərrüfatlarda qrunt sularının yığılması barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Modern.az verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Mərkəzin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən şor su kollektorunda suyun səviyyəsinin endirilməsi və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?