Modern.az

Muxtar Babayev COP29-un əsas məqsədlərini açıqladı

Muxtar Babayev COP29-un əsas məqsədlərini açıqladı

Aktual

12 Mart 2024, 15:44

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə mümkün qədər çox özəl sektoru cəlb etməkdir.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, özəl sektor yeni təşəbbüs, format, maliyyələşdirmə mexanizmləri üçün çox yaxşı mənbədir.

 

M.Babayev COP çərçivəsində danışıqlarda 1,5°C hədəfinə nail olunmasının diqqət mərkəzində saxlanılmalı olduğunu da vurğulayıb:

 

1,5°C hədəfinə nail olmaq üçün səylərimizi birləşdirməliyik. Bu məsələyə dair bədbin deyiləm. Biz qlobal səviyyədə emissiyaların azaldılması proqramın məqsədinə və həyata keçirilməsinə doğru irəliləməliyik. Əgər biz hərəkətə başlasaq, əvvəlki COP-larda əldə olunmuş razılaşmaları həyata keçirməyə başlasaq, bizim şansımız var. Biz mümkün olan hər şeyi edəcəyik”.

 

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?