Modern.az

“28 May”​ ətrafında yeniliklər olacaq - AYNA detalları açıqladı

“28 May”​ ətrafında yeniliklər olacaq - AYNA detalları açıqladı

Aktual

12 Mart 2024, 16:32

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırıldığı “28 May”​ metrostansiyasının ətrafında görüləcək işləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

 

Bildirilib ki, ərazidə aidiyyəti qurumlarla birgə abadlaşma işləri həyata keçiriləcək: “Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi və piyada zonalarının yaradılması nəzərdə tutulur. Həmçinin ərazinin şəhərin alternativ mərkəzinə çevrilməsi hədəflənir”.

 

O da qeyd olunur ki, Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq.

 

1331109

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu