Modern.az

Goranboyda seldən yararsız vəziyyətə düşən evlər yenidən tikilir - FOTO

Goranboyda seldən yararsız vəziyyətə düşən evlər yenidən tikilir - FOTO

Aktual

12 Mart 2024, 17:06

Goranboyda sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən əsaslı işlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, bu məqsədlə, hazırda Aşağı Ağcakənd qəsəbəsində sel nəticəsində yararsız vəziyyətə  düşmüş Həsənova Minayə Babaxan qızı və Huseynli Yeganə Allahverən qızına məxsus 2 fərdi yaşayış evləri yenidən inşa edilir.

 

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, aparılan işlərlə  yerində tanış oldu, sakinlərlə görüşdü, onların sosial qayğıları ilə maraqlandı. İcra Başçısı aparılan işlərin keyfiyyətlə və  müvafiq  tikinti normalarına uyğun həyata keçirilməsi, gələcəkdə fərdi yaşayış evlərinin elektrik enerjisi, təbii qaz, su, rabitə və digər kommunal xəttləri ilə təmin olunması ilə bağlı  göstəriş və  tövsiyyələrini bildirdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?