Modern.az

DİM iki vəzifə üzrə vakansiya elan etdi

DİM iki vəzifə üzrə vakansiya elan etdi

Aktual

13 Mart 2024, 11:48

Dövlət İmtahan Mərkəzində (DİM) Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsində sektor müdiri və Satınalmaların təşkili və müqavilələrin idarə olunması sektorunda mütəxəssis (ştatdankənar, 6 ay müddətinə) vəzifəsi üzrə vakansiyalar elan edilib.

 

Modern.az xəbər verir ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

 

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu