Modern.az

İki rayona polis rəisi təyin edildi

İki rayona polis rəisi təyin edildi

Aktual

13 Mart 2024, 12:50

Beyləqan və Yevlax rayonlarına yeni polis rəisləri təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, Binəqədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Nazirin digər əmri ilə Beyləqan Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Rüstəm Cəfərov vəzifəsindən azad edilib və Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?