Modern.az

Bolqarıstan millisi Bakıya itki ilə gəlir

Bolqarıstan millisi Bakıya itki ilə gəlir

13 Mart 2024, 14:00

FİFA tərəfindən təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsində iştirak üçün Bakıya gələcək Bolqarıstan millisinin heyətində dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, “Lüdoqorets”in futbolçusu Todor Nedelev yığmanın heyətindən çıxarılıb.

 

O, martın 22-də Tanzaniya, üç gün sonra Azərbaycanla qarşılaşacaq milli ilə ölkəmizə gəlməyəcək. Buna 31 yaşlı yarımmüdafiəçinin zədələnməsi səbəb olub. Nedelev bir ay müddətinə sıradan çıxıb.

 

Qeyd edək ki, Nedelev millidə son oyununu 2022-ci ilin iyununda keçirib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?