Modern.az

“Yaşıl elm” platformasının rəhbəri həbsinə AYDINLIQ GƏTİRDİ

“Yaşıl elm” platformasının rəhbəri həbsinə AYDINLIQ GƏTİRDİ

Aktual

13 Mart 2024, 15:07

"Yaşıl elm" platformasının baş redaktoru Taryel Abdullayev həbs olunmasının səbəblərindən danışıb.

Modern.az-ın məlumatına görə, həbsxanadan dostları vasitəsilə müraciət yayan T.Abdullayev artıq 1 ildir ki, həbsdə olduğunu xatırladıb. O bildirib ki, bu müddətdə məhkəmə prosesi davam etdiyinə görə, həbsinə dair açıqlama verməyi təxirə salmışdı.

“Artıq hər şey məlumdur və açıqlama verməyin zamanıdır. 2 Aprel 2023-cü il tarixində ABŞ səfirliyinin məktubu əsasında həbs olunmuşam. İlkin mərhələdə 3 aylıq həbs qətiimkan tədbiri, istintaq müddəti seçilmişdi. Və bu dövr 7 aya kimi uzadıldı. Haqqımda heç bir məhkəmə qərarı olmadan məni mətbuata dələduz kimi təqdim edib, bununla bağlı həbs olunduğumu bildiriblər. Nəzərinizə çatdırım ki, aparılan istintaq barəmdə heç bir dələduzluq faktı aşkarlamayıb. Çünki mən heç kimə qarşı dələduzluq etməmişəm. İlk mərhələdə Nərimanov Rayon Məhkəməsi haqqımda "Qanunsuz miqrasiyanın təşkili" ilə bağlı 2 il 6 ay həbs qərarı vermişdi. Sonuncu prosedurda Bakı Apelyasiya Məhkəməsi həbs müddətini 2 il təyin edib”.

T.Abdullayev deyib ki, bir futzal klubu təsis etmişdi. Rəsmi qediyyatdan keçmiş komanda idi.

“Futbol klubunun nəzdində ABŞ-a göndərdiyim adamların geri dönməməyiylə bağlı səfirliyin məktubu əsasında həbs olundum. Heç kim deyə bilməz ki, mən kiminsə bir qəpiyini mənimsəmişəm, kiməsə qarşı dələduzluq etmişəm. Ümumiyyətlə belə bir potensialım yoxdur. Eşitdiyimə görə, kimlərsə sosial mediada iddia edir ki, onların pulunu mənimsəmişəm. Nə vaxt, necə, hansı tərzdə? Mənim kiməsə qarşı dələduzluq etməyimdən söz gedə bilməz”.

“Yaşıl Elm" platformasına gəldikdə, T.Abdullayev onun komandası tərəfindən idarə olunduğunu bildirib.

“İlk mərhələdə 3 fəaliyyət istiqaməti müəyyənləşdirmişik: Elmi turlar; Elmi kitabların tərcüməsi və nəşri; Elmi konfranslar.

2024-cü il üçün də maraqlı kontentləri, mövzuları əhatə edən qonaqlarla görüşünüzə gələcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?