Modern.az

8 Noyabr prospektində təmir başlayır - Sürücülərin nəzərinə!

8 Noyabr prospektində təmir başlayır - Sürücülərin nəzərinə!

Aktual

13 Mart 2024, 15:24

Martın 15-dən Bakının 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Məlumata görə, təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır.

 

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə agentlik bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?