Modern.az

Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər

Baydenin oğlu 25 ilə qədər həbs edilə bilər

Aktual

14 Mart 2024, 08:05

ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden məhkəmə qarşısına çıxacaq.

 

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

 

Bildirilib ki, məhkəmə iyunun 3-də keçiriləcək. ABŞ prokurorları tərəfindən Baydenə qarşı silah saxlamaqla bağlı cinayət ittihamı irəli sürülür.

 

Bayden həmçinin narkotik vasitə qəbul etmədiyi barədə yalan yazılı məlumat verdiyi və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozduğuna görə də ittiham edilir. 

 

İttihamlara əsasən, Bayden 25 ilə qədər həbs edilə bilər.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?