Modern.az

Ərdoğanın korteji qəzaya uğrayıb: 1 polis ölüb, 3 nəfər yaralanıb

Ərdoğanın korteji qəzaya uğrayıb: 1 polis ölüb, 3 nəfər yaralanıb

Aktual

14 Mart 2024, 10:20

Türkiyənin cənub-şərqində prezident Rəcəb Tayyib Ərdoğanın mühafizə xidmətinin əməkdaşı qəza nəticəsində dünyasını dəyişib.

Modern.az xəbər verir ki, İHA agentliyinin məlumatına görə, Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin İdil rayonunda mitinqdən sonra Ərdoğanın korteji qəzaya düşüb, nəticədə 1 polis ölüb, ikisi polis olmaqla 3 nəfər yaralanıb.


Qəza barədə Mardin şəhərində keçirilən mitinqdə Ərdoğan da məlumat verib: “Bu gün Şırnakdakı mitinqimizdən sonra baş verən avtomobil qəzası nəticəsində həlak olan polis Fırat Dereyə başsağlığı verir, qəzada yaralanan əməkdaşlara şəfa diləyirəm”.

Qeyd edək ki, Ərdoğanın iştirak etdiyi mitinqlər martın 31-də keçiriləcək bələdiyyə seçkiləri öncəsi təşkil edilən kampaniya çərçivəsində keçirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?