Modern.az

Ermənistanda ehtiyatda olan hərbçilərə çağırış vərəqəsi göndərildi

Ermənistanda ehtiyatda olan hərbçilərə çağırış vərəqəsi göndərildi

Aktual

14 Mart 2024, 10:50

Ermənistanda 2024-cü il aprelin 15-dən iyulun 15-dək ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışı keçiriləcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, təliblərə birinci və ikinci kateqoriyaya aid edilmiş sıravi, gizir və ehtiyatda olan zabitlər cəlb olunacaq.

Təlimlərdə 435-ə qədər ehtiyatda olan hərbçi iştirak edəcək. Onlardan 128-i sıravi və kiçik zabit, 9-u yüksək rütbəli zabit, 298-i isə zabitlər korpusunun ehtiyatda olan hərbçisidir.

Toplantı ümumi döyüş vərdişlərinin səviyyəsini, eləcə də ehtiyatda olan zabitlərin hazırlığını təmin etmək məqsədilə keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu