Modern.az

Sonuncu görüşümüzdən sonra regionumuzda bir çox hadisələr baş verib

Sonuncu görüşümüzdən sonra regionumuzda bir çox hadisələr baş verib

Aktual

14 Mart 2024, 12:00

Sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır.

 

Modern.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

 

Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib:

 

“Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?