Modern.az

Qlobal Bakı Forumu nümunəvi dialoq platformasıdır

Qlobal Bakı Forumu nümunəvi dialoq platformasıdır

Aktual

15 Mart 2024, 10:24

Qlobal Bakı Forumu, artıq dünyanın ən nüfuzlu beynəlxalq forumlarının cərgəsində olmaqla yanaşı, iştirakçı və mövzu zənginliyinə görə fərqlənir. Qlobal Bakı Forumu bu gün bəşəriyyəti narahat edən çağırışlarla bağlı ən müxtəlif baxış bucaqlarının yer aldığı, alternativ yanaşmalara açıq olan nümunəvi dialoq platformasıdır.

 

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Prezident İlham Əliyevin Forumdakı çıxışına diqqət çəkən millət vəkili qeyd edib ki, dövlət başçısının regionda və dünyada baş verən hadisələrlə bağlı fikirləri, onların hansı səbəblərdən qaynaqlandığını müəyyənləşdirməyə zəmin yaradır.

 

Deputat bildirib ki, Azərbaycan torpaqlarının işğalı dövründə və daha sonra bir sıra ölkələr tərəfindən Ermənsitana təmənnasız silah-sursat verilib və bütün bunlar belə düşünməyə əsas verir ki, həm Ermənsitanı təmənnasız silahlandıranlar, həm də buna göz yumanlar işğalın davam etməsində maraqlı olublar: “Cənab Prezident öz nitqində İkinci Qarabağ müharibəsi zamanı götürülən hərbi qənimətlərin və məhv edilmiş texnikanın, sursatın dəyərinin 5 milyard dollara yaxın olduğunu xatırlatdı. Təbii resursları, iqtisadi gücü olmayan, yalnız yardımlar hesabına mövcudluğunu qoruyan Ermənistanın bu qədər silah-sursat, hərbi texnika almaq potensialında olmadığı hər kəsə məlum idi. Həmçinin Ermənistanın həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirdiyi hərbi potensialın Avropada Adi Silahlar haqqında Cinah Sazişi ilə müəyyənlşdirilən kvotadan dəfələrlə çox olduğunu da hər kəs bilirdi. Amma buna baxmayaraq, üzdə sülhdən danışanlar, arxada Ermənsitanı silahlandırmağa davam edirdilər. Əslində bütün bunlar Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalının əsas səbəbləridir. Ermənistanı işğala, etnik təmizləməyə və digər cinayətlərə görə cəzalandırmalı olanlar, onu təmənnasız hərbi texnika, dilah-sursatla, maddi yardımlarla mükafatlandırır və işğalı davam etdirməyə təşviq edirdilər”.

 

Azər Kərimli antiterror əməliyyatlarından öncə və sonra Azərbaycanın öz əraziləri üzrəində suveren hüquqlarının bərpa edilməsi istiqamətində atdığı hüquqi addımlara qarşı yürüdülən ikiüzlü siyasətə də diqqət çəkib: Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, beynəlxalq birlik, müxtəlif ölkə və beynəlxalq təşkilatlar öz açıqlamalarında, habelə pərdəarxası təmaslarda qeyd edirlər ki, onlar bizim bunu etmək məcburiyyətində qaldığımızı anlayırlar. Anlayış var ki, antiterror əməliyyatından öncə Ermənistan iki qırmızı xəttimizi keçib və ümumilikdə beynəlxalq birliyin buna reaksiyası tamamilə müsbət olmuşdur. Lakin Azərbaycan ərazilərindəki separatçıların himayə olunması belə bir real təsəvvür yaradırdı ki, bəzi qüvvələr torpaqlarımızda yenidən münaqişə ocağının alovlanmasında maraqlıdırlar və nəyin bahasına olursa-olsun çalışırlar ki, Azərbaycana qarşı, elə ölkəmizin öz ərazisindən təzyiq imkanlarını qoruyub saxlasınlar. Bu mənzərə Azərbaycanın ərazi bütövlüyünü tanıdğını bəyan edən Ermənistanın baş nazirinin 2023-cü il sentyabrın əvvəlində separatçılara göndərdiyi “təbrik məktubu”nda da özünü bir daha büruzə verdi və Azərbaycan üçün lokal antiterror tədbirləri keçirməklə ölkəmizin ərazisindəki qanunsuz hərbi birləşmələrin mövcudluğuna son verməkdən başqa yol qoymadı. Lakin Azərbaycanın legitim addımlarından sonra bir sıra ölkələr, xüsusilə də Fransa, növbəti dəfə baş verənlərə münasibətdə qeyri-adekvat, ifrat dərəcədə qərəzli və aqressiv bir münasibət nümayiş etdirdi və ölkəmizə qarşı həyata keçirilən beynəlxalq hüquqa zidd proseslərin ön cərgəsində yer aldı. Fransa tərəfindən əsassız iddiaların BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edildi. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədilər. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi. Bütün bunlara baxmayaraq, Fransa hələ də Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirməklə, Ermənsitanı silahlandırmaqla Cənibi Qafqazda təhlükəsizliyin təmin edilməsinə, Azərbaycanla Ermənsitan arasında davamlı sülhün əldə olunmasına maneə yaratmağa çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır. Lakin bütün bunlar Azərbaycanı heç halda öz ədalətli mövqeyindən çəkindirməyib və çəkindirməyəcək də. Bizim işimiz haqq işidir, ədalət uğrunda mübarizədir. Sirr deyil ki, Azərbaycanın öz ərazi bütövlüyü, suverenliyi uğrunda 30 il davam edən mücadiləsi, bu gün ədalətsizliyə, haqsızlığa, ikili standartlara, əsarətə qarşı mübarizə aparan xalqlar üçün də ilham mənbəyidir. Azərbaycan uzun illərdən sonra dünyada haqqın, ədalətin güc, cəsarət, qətiyyət, siyasi iradə və milli birlik sayəsində işğalı, ədalətsizliyi, zülmü, şəri məğlub etməyin mümkünlüyü presidentini yaradıb və bu amil tarix boyu xalqımızın alnıaçıq, üzü ağ, qürurlu yaşamasını təmin edəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!