Modern.az

Ötən gün təhvil götürülən silah-sursatların SAYI

Ötən gün təhvil götürülən silah-sursatların SAYI

15 Mart 2024, 10:30

Martın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 11 qumbara, 28 patron darağı, 3 alışdırıcı, müxtəlif çaplı 3200 patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 8 ədəd patron təhvil alıblar.

 

Martın 14-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng və 21 patron aşkar edilərək götürülüb.

 

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!