“2023-cü ildə Azərbaycanda pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi üzrə problemlərin həlli ilə bağlı mülkiyyət sənədləri almayan vətəndaşlardan 53 min 516 nəfərin müraciəti daxil olub”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.
“Onlardan 47 min 509 müraciət üzrə (~90%) dövlət qeydiyyatı aparılıb və mülkiyyət sənədləri verilib. Bundan əlavə, 2023-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb”, - deyə o qeyd edib.