Modern.az

Gürcüstanın baş naziri Bakı və İrəvana gözlənilən səfərindən DANIŞDI

Gürcüstanın baş naziri Bakı və İrəvana gözlənilən səfərindən DANIŞDI

Aktual

15 Mart 2024, 11:54

Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsselə səfərindən sonra qonşu ölkələrə səfər etməyi planlaşdırdığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

"Bu şənbə Azərbaycana, bir həftə sonra isə Ermənistana səfər olacaq", - Kobaxidze deyib.

Onun sözlərinə görə, Bakıda və İrəvanda keçiriləcək görüşlərdə “bütün vacib məsələlər”, o cümlədən sülhün təmin olunması müzakirə olunacaq.

"Regionda sülhün təmin edilməsi vacibdir və bilirsiniz ki, ölkəmiz burada həmişə müsbət rol oynayıb. Buna uyğun olaraq, ikitərəfli münasibətlərin dərinləşməsi, Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üçün hər şey ediləcək", - o, əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!