Modern.az

Bulvarın 115 illiyinə həsr olunan fotomüsabiqə keçirilir - VİDEO

Bulvarın 115 illiyinə həsr olunan fotomüsabiqə keçirilir - VİDEO

Aktual

15 Mart 2024, 14:04

Dənizkənarı Bulvar “Bakı Bulvarı”nın yaradılmasının 115 illiyinə həsr olunan “Bulvarın bir anı” adlı fotomüsabiqəyə start verir.

 

İdarədən Modern.az-a bildirilib ki, martın 15-dən aprelin 7-dək keçiriləcək müsabiqədə həm həvəskar, həm də peşəkar fotoqraflar iştirak edə bilərlər. Qaliblər müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin yekununda birinci yerin sahibinə 1500, ikinci yerin sahibinə 1000 və üçüncü yerin sahibinə 500 manat mükafat təqdim olunacaq.

 

Müsabiqənin şərtləri barədə daha ətraflı məlumatlarla  www.bulvar.gov.az  saytından tanış olmaq olar.

Müsabiqənin şərtləri

Müsabiqəyə qatılmaq üçün keçid

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!