Modern.az

Ağacəkmə aksiyaları davam edir - FOTO

Ağacəkmə aksiyaları davam edir - FOTO

Aktual

16 Mart 2024, 17:20

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası Masallı rayonunun meşə fondu torpağında keçirilib.

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən aksiya zamanı 1 hektar ərazidə 3300 ağcaqayın tingi əkilib.

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!