NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
***
18:30
NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.
Modern.az xəbər verir ki, bu barədə NATO-nun "X" hesabında paylaşım edilib.
Qeyd edilib ki, NATO Baş katibi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək.