Modern.az

Doğma yurdlarına qayıdan füzulilərə açarlar təqdim edildi - FOTO

Doğma yurdlarına qayıdan füzulilərə açarlar təqdim edildi - FOTO

Aktual

18 Mart 2024, 13:16

Martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, mərasimdə Komitənin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

 

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 596 ailə, 2245 nəfərin daimi məskunlaşması təmin edilib.

Sizə yeni x var
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var