Modern.az

Bülvarda novruz ab-havası - FOTOLAR

Bülvarda novruz ab-havası - FOTOLAR

Aktual

18 Mart 2024, 15:10

Dənizkənarı Milli Park Novruz bayramına aid müxtəlif kompozisiyalarla bəzədilib. 

 

İdarədən Modern.az-a verilən məlumata görə, burada ziyarətçilər üçün Novruz şəhərciyi quraşdırılıb. Bulvarın ərazisində Bahar bayramını simvolizə edən müxtəlif rəngarəng kompozisiyalar, bəzəklər yerləşdirilib. Onların arasında, səməni, tonqallar, milli geyimdə və milli musiqi alətləri ilə olan kuklalar, Nizami Gəncəvinin “Xəmsə”sindən olan təsvirlərlə bəzədilib. Bununla yanaşı, uşaqların əyləncəsinə rəngarənglik qatmaq məqsədilə hava ilə doldurulmuş oyuncaqlar da yerləşdirilib. Bahar bayramına həsr olunan bəzəkləri, kompozisiyaları nəinki şəhərcikdə, eləcə də Köhnə Bulvar ərazisi boyunca görmək olar. 

 

Belə ki, Kukla Teatrının ətrafında Novruz çərşənbələrini (Su, Od, Yel və Torpaq) simvolizə edən kuklalar, böyük səməni xonçası Milli Parka rəngarəng bayram abu-havası bəxş edəcək. Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunacaq Novruz bayramına həsr olunmuş şənliklər 26 mart 2024-cü il tarixinə kimi davam edəcək. Ümid edirik ki, Novruz bayramı ilə bağlı Milli Parkda qurulan maraqlı kompozisiyalar, əyləncə və istirahət üçün yaradılmış şərait nəinki uşaqların, eləcə də böyüklərin marağına səbəb olacaq. İnanırıq ki, Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Parkda yaradılan bayram abu-havası rəngarəngliyi ilə ziyarətçilərə xoş ovqat bəxş edəcək. Bayram günlərində Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var