Modern.az

Qar uçqunu 158 yaşayış məntəqəsi ilə əlaqəni kəsdi

Qar uçqunu 158 yaşayış məntəqəsi ilə əlaqəni kəsdi

Aktual

19 Mart 2024, 15:20

Güclü qar uçqunu Türkiyənin şərq vilayətlərində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib.

 

Modern.az xəbər verir ki, Van, Bitlis, Muş vilayətlərində artıq ikinci gündür ki, sıfır dərəcədən aşağı temperatur qeydə alınır. Qarlı hava şəraiti yerli idarələrin və məktəblərin fəaliyyətinə mənfi təsir göstərib.

 

Muş vilayətində vəziyyət daha ağırdır. Qar uçqunu nəticəsində burada 102 kənd yolu bağlanıb.

 

Hazırda bu vilayətlərdə yolların qardan təmizlənməsi sutkalıq rejimdə davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var