Modern.az

Haaqadakı Azərbaycan məktəbində Novruz şənliyi

Haaqadakı Azərbaycan məktəbində Novruz şənliyi

Aktual

19 Mart 2024, 22:41

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Haaqa şəhərində yeni fəaliyyətə başlamış Azərbaycan məktəbinin şagirdləri və müəllimləri Novruz bayramını qeyd edib.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

 

“Bu gün Niderland-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri İlhan Aşkının təşəbbüsü, Azərbaycanın Niderlanddakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi dəstəyi ilə Haaqada yeni fəaliyyətə başlamış Azərbaycan məktəbinin şagirdləri və müəllimləri ilə qədim Novruz bayramını qeyd etmək çox qürurverici idi”, – o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı