Modern.az

Məşhur futbol şərhçisi ölüb

Məşhur futbol şərhçisi ölüb

20 Mart 2024, 08:39

Rusiyanın məşhur futbol şərhçisi və idman jurnalisti Vasili Utkin vəfat edib.


Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, Utkin ötən gün gün 53 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Utkin 1989-cu ildə televiziyada işləməyə başlayıb. Daha sonra Rusiyanın NTV kanalında şərhçiliyi ilə məşhurlaşıb.

Son illərdə Utkin 600 mindən çox abunəçisi olan YouTube kanalında "Futbol Klubu"nu yayımlayırdı. "Futbol Klubu"nun son buraxılışı martın 14-də olmuşdu.

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı